azturkxeber.az
http://azturkxeber.az

RSXM əməkdaşları “Zəlzələ zamanı düzgün davranış qaydaları”na həsr olunmuş tədbirdə iştirak ediblər

23-09-2026

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin iştirakı ilə 22 sentyabr 2026-cı il tarixində Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində rayon məktəblərinin şagirdləri və əməkdaşları üçün “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Azturkxeber.az xəbər verir ki, Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə layihə barədə iştirakçılara ətraflı məlumat verib. O, “Zəlzələ zamanı düzgün davranış qaydaları”nın hər bir şəxs tərəfindən öyrənilməsinin və zəlzələ zamanı düzgün davranış vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aytən Babazadə “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin sonunda “Zəlzələ zamanı düzgün davranış qaydaları”na həsr olunmuş interaktiv oyun keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930