azturkxeber.az
http://azturkxeber.az

“Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri zamanı fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib (FOTO)-(VİDEO)

13-08-2026

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri zamanı fəaliyyətin təşkili” mövzusunda təlim keçirib.

FHN-in mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazilərdə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər meşə massivində “xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

https://youtu.be/tluqyuVuX3U?si=AUc5xFtfZiXnLNDL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31