azturkxeber.az
http://azturkxeber.az

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib (foto)

26-01-2026



Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Mürəkkəb relyefli ərazidə axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti olaraq meşə massivində xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə “xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031