azturkxeber.az
http://azturkxeber.az

“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi olub

29-06-2026

“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi olub

Rejissor Antuan Fukuanın çəkdiyi “Maykl” filmi dünya üzrə 977 milyon ABŞ dolları gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən bioqrafik filminə çevrilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Ekran əsəri 975 milyon dollar gəlir toplayan “Oppenheimer” filmini geridə qoyub. Film, həmçinin musiqi bioqrafik filmləri arasında da “Bohemian Rhapsody”ni üstələyərək yeni rekord müəyyənləşdirib.

Maykl Ceksonun həyatından bəhs edən filmdə baş rolu müğənninin qardaşı oğlu Cafar Cekson canlandırır. “Maykl”, eyni zamanda “Lionsgate” studiyasının tarixində ən çox gəlir gətirən film olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930