Maykl Cekson haqqında bioqrafik film gələn ilin yazında ekranlara çıxacaq
Maykl Cekson haqqında “Lionsgate” və “Universal”ın çəkəcəyi bioqrafik film gələn il ekranlara çıxacaq.
Rejissor Antuan Fukuanın “Maykl” adlı filmi 2026-cı il aprelin 24-dən kinoteatrlarda və “IMAX”da nümayiş etdiriləcək. Filmin nümayişi bir neçə dəfə təxirə salınıb, ən son isə bu ilin payızına planlaşdırılıb. Baş rol - pop musiqi ikonası rolunda Ceksonun qardaşı oğlu Cafar Cekson debüt edəcək. “Lionsgate” filmin daxili bazarda yayılması, “Universal” isə onun qlobal miqyasda təqdim edilməsi ilə məşğuldur.
Mənbələr o zaman qeyd edirdilər ki, ulduzun bütün həyatını əhatə edəcək və uzun müddət davam edəcək film, əvvəlcə 1979-cu ildə Ceksonun “Off the Wall” ilk solo albomunun çıxışından sonra “The Jacksons” ailə qrupundan ayrılması ilə bitməli idi.
Mənbələr bildirirlər ki, Ceksonun karyerasının qalan hissəsinə həsr olunmuş ikinci film hələ də hazırlıq mərhələsindədir. 1982-ci ildə “Beat It” və “Billie Jean” sinqllarının yer aldığı “Triller”in tarixdə ən çox satılan albomu olaraq qaldığını nəzərə alsaq, Cekson şübhəsiz ki,1979-cu ildən sonra musiqi dünyasında çox uğura imza atdı.
“Maykl” filminin aktyor heyətində ulduzun atası Co Cekson rolunda Kolman Dominqo və anası Ketrin rolunda Nia Lonq yer alıblar.