azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatında 1/8 finalın ilk iştirakçısı məlum olub

29-06-2026

Dünya çempionatında 1/8 finalın ilk iştirakçısı məlum olub

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin matçlarına start verilib.

Azturkxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mundialın ev sahiblərindən olan Kanada millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə üz-üzə gəlib.

Los-Anceles şəhərindəki "Sou-Fay" stadionunda oynanılan görüşün taleyini bir qol həll edib. Stiven Euştakiunun 90+2-ci dəqiqədə vurduğu qol Kanada yığmasını 1/8 finala yüksəldib.

Qeyd edək ki, Kanada millisi növbəti mərhələdə Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930