“Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb – YENİLƏNİB-4
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.
Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.
Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
22:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 83-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində Emmanuel Addai fərqlənib.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
21:49
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda ikinci hissə başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın ilk yarısından sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlir.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
21:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda ilk hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın fasiləsinə Ağdam təmsilçisi 1:0 hesablı üstünlüklə yollanıb.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
21:16
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
20:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də start götürüb .
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.