DÇ-2026: Ukrayna-Azərbaycan oyununda ikinci hissə başlayıb – YENİLƏNİB-3
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda ikinci hissə başlayıb.
Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün ilk yarısından sonra hesab 1:1-dir.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
23:40
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda ilk hissə başa çatıb.
Komandalar Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.
Azərbaycan millisinin qoluna 45+3-cü dəqiqədə Nəriman Axundzadə imza atıb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
23:23
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda hesab açılıb.
Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün 30-cu dəqiqəsində rəqibin heyətində Qutsulyak fərqlənib.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
22:45
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.
Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.