azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qalib gəlib – YENİLƏNİB 6

26-04-2026

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başa çatıb.

“Palms Sports Arena”da təşkil olunan görüş Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində Musa Qurbanlı (2 qol), Montiel, Leandro Andrade və Emmanuel Addai fərqləniblər. Bakı təmsilçisinin yeganə qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.

Xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

20:34

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda beşinci qol vurulub.

“Palms Sports Arena”da təşkil olunan görüşün 68-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade qol müəllifi olub - 4:1.

19:45

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda dördüncü qol vurulub.

“Palms Sports Arena”da təşkil olunan görüşün 37-ci dəqiqəsində Ağdam klubunun heyətində Montiel fərqlənib - 3:1.

19:39

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyununda üçüncü qol vurulub.

“Palms Sports Arena”da təşkil olunan görüşün 33-cü dəqiqəsində Ağdam klubunun heyətində Musa Qurbanlı dubl edib - 2:1.

19:27

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab bərabərləşib.

“Palms Sports Arena”da təşkil olunan görüşün 21-ci dəqiqəsində Bakı təmsilçisinin heyətində Elvin Bədəlov fərqlənib - 1:1

19:14

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda hesab açılıb.

“Palms Sports Arena”da təşkil olunan görüşün 9-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı diqqət mərkəzinə düşüb - 1:0.

19:00

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başlayıb.

“Palms Sports Arena”da təşkil olunan görüş saat 19:00-da start götürüb.

Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930