azturkxeber.az
http://azturkxeber.az

Piyada və sürücülərin nəzərinə: görünüş məsafəsi məhdudlaşır

27-06-2026

Piyada və sürücülərin nəzərinə: görünüş məsafəsi məhdudlaşır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

BDYPİ-dən Azturkxeber.az-a bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.

Sinoptiklərin məlumatına əsasən, iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacağını, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olduğunu xatırladır və onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930