Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
BDYPİ-dən verilən məlumata görə, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır: “Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını çoxaldır”.
İdarə hərəkət iştirakçılarından əlverişsiz hava şəraitində, xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmağı, sürücülərdən sürət həddini, ara məsafəsini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, piyadalardan isə mümkün təhlükələri nəzərə alaraq, daha məsuliyyətli və ehtiyatlı olmağı xahiş edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
DYP: Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalıdır
DYP dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib