azturkxeber.az
http://azturkxeber.az

DYP: Parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalıdır

10-09-2025


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən verilən xəbərə görə, xəbərdarlıqda qeyd olunub ki, dayanma-durma qaydalarının pozulması nəqliyyat sıxlığının əsas səbəblərindən biridir:

"Paytaxtımızda və respublikamızın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir.

Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır.

Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur.

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edir: parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930