Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində profilaktik və nəzarət tədbirləri davam etdirilir.
Azturkxeber.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan *122* motoxuliqan saxlanılıb.
Tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran *30*, yükdaşıma qaydalarını pozan *11*, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən *18* və sərxoş vəziyyətdə avtomobil idarə edən *6* sürücü barəsində də inzibati protokollar tərtib olunub.
Abşeron rayonunda qeyd olunan istiqamətlər üzrə profilaktik tədbirlər davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.