Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edib. BDYPİ-dən daxil olan müraciətdə bildirilib ki, hazırda ölkənin avtomobil yollarında motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sayı sürətlə artmaqdadır:
“Lakin təəssüf ki, qeyd olunan mexaniki nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına yanaşma birmənalı deyil. Son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfərin həyatını itirməsi, 3 nəfərin xəsarət alması, bununla yanaşı, cari ilin 11 ayı ərzində respublika üzrə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 46 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 34 nəfərin xəsarət alması, bu sahədə sürücü intizamının qənaətbəxş olmadığından xəbər verir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
BDYPİ: Ötən il motosiklet və moped sürücülərinin iştirakı ilə 43 qəza olub, 12 nəfər ölüb
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə çağırış edib