azturkxeber.az
http://azturkxeber.az

26 İyun – Silahlı Qüvvələr Günü

26-06-2026

Milli Məclisin deputatı Siyavuş Novruzov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə sosial media hesabında təbrik paylaşımı edib.

 Azturkxeber.az Paylaşımı təqdim edir.


Azərbaycan Ordusu dövlətimizin qüdrətinin, xalqımızın qürurunun və müstəqilliyimizin əsas dayaqlarından biridir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan güclü ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Aprel döyüşləri, Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirmiş, ölkəmizin suverenliyinin tam bərpasını təmin etmişdir.

Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir, sülh sazişinin imzalanmasına yönəlmiş təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Güclü Azərbaycan Ordusu isə bu sülhün etibarlı təminatçısı kimi ölkəmizin milli maraqlarını və təhlükəsizliyini qorumaqda davam edir.

Bu əlamətdar gündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçularımıza sonsuz minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan Ordusu!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930