Dövlət Komitəsinin sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun iyunun 18-də Lerikdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı iyunun 19-na dəyişdirilib.
Dövlət Komitəsindən Azturkxeber.az-a bildirilib ki, R.Məmmədov Lerik rayonundan, eləcə də Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Görüş saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: