Dövlət komitəsinin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Dövlət Komitəsindənbildirilib ki, görüş saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti 21) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, chairman@scara.gov.az, dk-goychay@scara.gov.az) müraciət etmələri xahiş edilir.