Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 11-də Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsindən bildirilib ki, qəbul saat 11:00-da Siyəzən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Siyəzən şəhəri, H.Əliyev pr. 92 ) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.