Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən bildirilib ki, görüş saat 11:00-da Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı görüşdə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, chairman@scara.gov.az, dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: