azturkxeber.az
http://azturkxeber.az

“Basketbol hər yerdə!” layihəsinin ilk meydançası istifadəyə verildi

31-05-2026

Azərlotereya və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, Sabah BK-nın təşəbbüsü ilə həyata keçirilən “Basketbol hər yerdə!” layihəsinin ilk meydançası artıq istifadəyə verilib!

Azturkxeber.az xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutan açılış tədbirində Sabah BK basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər.

"Sabah" Basketbol Klubu və "Azərlotereya" ASC-nin birgə əməkdaşlığı ilə həyata keçirilən "Basketbol hər yerdə!" layihəsi, basketbol meydançalarını yaşadığınız ərazilərə və həyətlərə daşımaq məqsədi daşıyır.

Layihənin məqsədi basketbol idman növünü kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031