azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub

27-05-2026

Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub. Yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib.

Azturkxeber.az xəbər verir ki, mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilmiş çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb. Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalara kubok və medallar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031