azturkxeber.az
http://azturkxeber.az

Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb- Görüntü

27-05-2026

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən şəxslər ifşa olunublar.

Azturkxeber.az xəbər verir ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031