Paraplan uçuş aparatı vasitəsi ilə ölkəyə 47 kq narkotik vasitə gətirən şəxslər saxlanılıblar

Biləsuvar rayonunda paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən
ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb. Əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Azturkxeber.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını həyata keçirməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: