azturkxeber.az
http://azturkxeber.az

28 May – Müstəqillik Gününə həsr edilmiş “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

27-05-2026


Mayın 26-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı ilə “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları və muxtar respublika sakinləri iştirak ediblər.

Konsert proqramının bədii hissəsindən əvvəl mərkəzin benefisiarlarının müxtəlif mövzularda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Proqram çərçivəsində Mərkəzin musiqi terapiyası bölməsinin benefisiarlarının və şəhid övladlarının ifasında “Sığmazam”, “Dahi”, “Azərbaycan”, “Naxçıvan” musiqi nömrələri təqdim olunub, həmçinin “Qarabağ” rəqs kompozisiyası nümayiş etdirilib.

Həssas kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası və yaradıcı potensiallarının inkişafına dəstək məqsədi daşıyan konsert iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Sonda benefisiarlarla görüşən səlahiyyətli nümayəndə onları təbrik edib, uğurlar arzulayıb, xatirə fotosu çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031