azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır

26-05-2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.

Azturkxeber.az xəbər verir ki, Layihə "NEQSOL Holding"in, “Bakcell”in və “Norm” ASC-nin sponsorluğu, eləcə də “Azərsun Holdinq”in dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

“YAŞAT” Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031