azturkxeber.az
http://azturkxeber.az

Penitensiar xidmətdə yeni əməkdaşların andiçmə mərasimi keçirilib

26-05-2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə əvvəlcədən dərc edilmiş elanlara uyğun olaraq müraciət etmiş və seçim mərhələlərini uğurla başa vurmuş 41 nəfər yeni əməkdaşın andiçmə mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov hərbi qulluqçu kimi gizir, həmçinin kiçik rəis heyəti vəzifələrinə təyin edilərək xüsusi rütbələr almış əməkdaşlara ədliyyə naziri Fərid Əhmədovun təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar diləyib, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Çıxış edən gənclər onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını, ədliyyə işçisi adını daim uca tutacaqlarını bildiriblər.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031