azturkxeber.az
http://azturkxeber.az

NATO Parlament Assambleyasının yaz sessiyasında

26-05-2026

Milli Məclisin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Könül Nurullayeva, Kamran Bayramov və Samir Vəliyev bu qurumun yaz sessiyasında iştirak etmək məqsədilə mayın 28-də Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcəklər.

Azturkxeber.az xəbər verir ki, sessiya çərçivəsində NATO PA-nın Daimi, Siyasi, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Müdafiə və təhlükəsizlik, Demokratiya və təhlükəsizlik komitələrinin toplantıları keçiriləcək. İclaslarda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların hərbi sahədə tətbiqi, tədqiqat təhlükəsizliyi, kritik infrastrukturun qorunması, terrorizmlə mübarizə, NATO-nun gələcək müdafiə qabiliyyətlərinin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 1-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031