azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

26-05-2026

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov mayın 26-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Daşkəsən, Göygöl və Samux rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Azturkxeber.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, toxumçuluq, suvarma sistemlərinə güzəştin tətbiq edilməsi, texnika ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini qəbuldan sonra Daşkəsən DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra Elçin Zeynalov rayonun Bayan kəndində yerləşən fermer Rasim Əzizova məxsus arıçılıq təsərrüfatına baş çəkib. Görüşdə arıçılıq sahəsinə dövlət dəstəyi, təsərrüfatların daha da inkişaf etdirilməsi, fermerlərə göstərilən aqrar xidmətlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031