azturkxeber.az
http://azturkxeber.az

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

26-05-2026

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, Hərbi rituala uyğun olaraq Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirdə Dövlət Himni ifa olunmuş, xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gənc əsgərlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin keşiyində daim ayıq-sayıq dayanacaqlarına, dövlətçiliyə və xalqa sadiq qalacaqlarına, Vətənin müdafiəsi naminə üzərilərinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirəcəklərinə and içmişlər.

Çıxış edənlər ölkə rəhbərliyi tərəfindən Dövlət Sərhəd Xidmətində yaradılmış müasir xidmət şəraitindən bəhs edərək, hərbi hissələrdə gənc əsgərlərin peşəkar zabit heyətinin nəzarəti altında hərbi bilik və bacarıqlara yiyələndiklərini, şəxsi heyətin sosial-məişət təminatının, sağlamlığının və mənəvi-psixoloji hazırlığının daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulamışlar.

Tədbir çərçivəsində valideynlərlə görüş keçirilmiş, onlara övladlarının etibarlı əllərdə olduğu bildirilərək layiqli sərhədçi kimi formalaşacaqlarına əminlik ifadə edilmişdir.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031