Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb



Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Azturkxeber.az xəbər verir ki, iclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.
Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: