azturkxeber.az
http://azturkxeber.az

Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

26-05-2026

AZPROMO-da Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyası ilə keçirilən görüşdə tekstil sənayesi və elektron ticarət sahələrində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Çinin Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun fəaliyyəti, ixrac və investisiya təşviqi mexanizmləri haqqında məlumat verilib, əməkdaşlığın inkişafı imkanları qeyd olunub. Assosiasiyanın üzv şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərdiklərini bildiriblər.

Tərəflər birgə ixracyönümlü istehsal, “Made in Azerbaijan” brendli məhsulların təşviqi, sərhədlərarası və elektron ticarət əməkdaşlığı çərçivəsində rəqəmsal satış imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031