azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan, Qazaxıstan və Türkiyə Qadınlarının Könüllülük Həmrəyliyi

26-05-2026

“Azərbaycanın, Qazaxıstanın və Türkiyənin inkişafına Beynəlxalq Qadın Könüllülərin töhfəsi” mövzusuna həsr olunmuş tədbirdə deputat həmkarlarımla birlikdə iştirak etdik.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova öz "Facebook" hesabında paylaşım edib.

Paylaşımda bildirib ki, tədbir çərçivəsində “Qadın könüllüləri: ənənə və müasirlik” mövzusunda çıxış edərək qadınların tarix boyu cəmiyyətin inkişafında oynadığı mühüm roldan, xüsusilə də könüllülük fəaliyyətinin sosial rifahın yüksəldilməsində, vətəndaş cəmiyyətinin möhkəmlənməsində və dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətindən bəhs etdim.

Qeyd etdim ki, Azərbaycan qadın hərəkatı zəngin ənənələrə malikdir. Hələ 1908-ci ildə Hənifə xanım Məlikovanın təşəbbüsü ilə yaradılan ilk qadın xeyriyyə cəmiyyəti qadınların təhsil alması, sosial müdafiəsi və iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində mühüm addım olmuşdur. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi vurğulanaraq, onun təşəbbüslərinin qadınların ictimai-siyasi həyatda fəallığının artmasına, gender bərabərliyinin təşviqinə və humanitar dəyərlərin möhkəmlənməsinə verdiyi töhfələri qeyd etdim.

Çıxışımda qadın könüllülərin təhsil, səhiyyə, sosial müdafiə, ətraf mühitin qorunması və böhran vəziyyətlərində icmaların dəstəklənməsi kimi sahələrdə oynadıqları mühüm rolu geniş şəkildə diqqətə çatdırdım. Bildirdim ki, qadınların könüllü fəaliyyəti cəmiyyətlərdə həmrəylik, qarşılıqlı etimad və sosial məsuliyyət hissinin güclənməsinə xidmət edir.

Vurğuladım ki, Azərbaycan, Qazaxıstan və Türkiyə kimi dost və qardaş ölkələri ortaq dəyərlər birləşdirir və müasir dövrün çağırışları fonunda qadınların əməkdaşlığının daha da genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İnanıram ki, bu cür beynəlxalq platformalar təcrübə mübadiləsi, yeni təşəbbüslərin formalaşması və gələcək əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayacaqdır deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031