“Unikal Xaricdə Təhsil Forumu – 2026” uğurla keçirildi





23 may 2026-cı il tarixində “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi”nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu – 2026” keçirildi.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov öz "Facebook " hesabında paylaşım edib.
Paylaşımda Bildirib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Forumda giriş sözü ilə çıxış edən hüquqşünas Elçin Quliyev xaricdə təhsilin əhəmiyyəti, bu sahədə hüquqi yanaşmalar və gənclər üçün yaradılan imkanlar barədə fikirlərini bölüşdü.
Daha sonra söz “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi”nin rəhbəri Nuranə Axundovaya verildi. O, rəhbərlik etdiyi agentliyin fəaliyyəti, təqdim olunan xidmətlər, eləcə də xaricdə təhsil sahəsində mövcud imkanlar haqqında iştirakçılara ətraflı məlumat verdi.
Forum çərçivəsində müxtəlif sahələri təmsil edən tanınmış ictimai və elmi xadimlər çıxış etdilər:
– Fuad Məmmədov – tarix elmləri doktoru, professor, kulturoloq, Azərbaycanda kulturologiya elminin banisi, QHT Agentliyinin Müşahidə Şurasının sədri;
– Elman Nəsirov – millət vəkili, siyasi elmlər doktoru, professor, tarixçi-politoloq;
– Vüqar İskəndərov – millət vəkili, ictimai-siyasi xadim;
– Məlahət Qəhrəmanova – tibb elmləri doktoru, professor, ixtiraçı alim, “Nərgiz” Klinikasının baş həkimi və rəhbəri;
– Amir Əliyev – “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi”nin hüquqşünası və təhsil məsləhətçisi;
– Gülnar Səfərova – “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi”nin hüquqşünası;
– Elşad Mirbəşiroğlu – siyasi elmlər doktoru, professor, politoloq;
– Asif Rüstəmli – filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri;
– Dürdanə Əliyeva – ADPU-nun Əcnəbi Tələbələr şöbəsinin dekanı;
– Esmira Rzayeva – vəkil, Mediasiya Şurasının İntizam Komissiyasının üzvü;
– Aida Bəndəliyeva – ATU-nun Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasının baş müəllimi;
– Zemfira Ağayeva – “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, sahibkar və digər qonaqlar.
Çıxışlar zamanı xaricdə təhsilin üstünlükləri, hüquqi maarifləndirmə, gənclərin beynəlxalq təhsil imkanlarından faydalanması və bu istiqamətdə dövlət-ictimai əməkdaşlığının əhəmiyyəti vurğulandı. Forum iştirakçılar tərəfindən böyük maraqla qarşılandı deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: