azturkxeber.az
http://azturkxeber.az

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Zaqatalaya sahə səfəri təşkil olunub

25-05-2026

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qafqaz regionunda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda keçirilən regional seminar çərçivəsində yerli və xarici mütəxəssislərin Zaqatala rayonuna sahə səfəri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində iştirakçılar rayonun Yuxarı Tala kəndində fermerlər və kənd sakinləri ilə görüşərək qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə aparılan monitorinq və mübarizə tədbirləri ilə tanış olublar. Xarici mütəxəssislər müşahidə işlərinin təşkili, zərərvericinin yayılma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə üsulları ilə bağlı beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıblar.

İştirakçılar həmçinin Mazımqara sərhəd-keçid məntəqəsinə baş çəkərək nəqliyyat vasitələrində həyata keçirilən dezinseksiya tədbirləri ilə tanış olublar. Görüş zamanı qəhvəyi mərmər bağacığının transsərhəd yayılma risklərinin azaldılması istiqamətində görülən fitosanitar tədbirlər və nəzarət mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031