Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib



Naxçıvan Baş Gömrük İdarəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş təlim keçirilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının iştirak etdiyi təlimdə DGK Tibbi Xidmət İdarəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri “Narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının anlayışı, təsvirləri və insan sağlamlığına təsiri”, “Narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi: müasir dünyanın qlobal çağırışları” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlimin sonunda auditoriyanı maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: