“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi keçirildi




25 may tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən hazırlanmış “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramının açılış mərasimi baş tutdu.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov öz "Facebook" hesabında paylaşım edib.
Paylaşımda bildirib ki, tədbir çərçivəsində könüllülük fəaliyyətinin inkişafı, gənclərin liderlik bacarıqlarının artırılması və onların şəxsi-peşəkar inkişafına verilən töhfələr bir daha vurğulandı. Bu cür təşəbbüslər könüllü gənclərin ictimai fəallığının güclənməsində və gələcək uğurlarının formalaşmasında mühüm rol oynayır deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: