azturkxeber.az
http://azturkxeber.az

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib

25-05-2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif ümumtəhsil məktəblərində maarifləndirici görüşlər təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, “Təmiz ətraf mühit hər kəsin hüququdur” mövzusu ətrafında Sabirabad şəhərinin 5 nömrəli, Tərtər rayonunun Bəyimsarov, Ağdaş rayonunun Dehnəxəlil, Qobustan rayonunun Yekəxana, Bərdə rayonunun Y.Kərimov adına Yeni Daşkənd tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin əsas müddəaları, vətəndaşların bu sahədə hüquq və vəzifələri, təbiətə zərər vurulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub. Tədbirin interaktiv hissəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb və ekoloji məsuliyyətin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031