azturkxeber.az
http://azturkxeber.az

DSX və DİN-in Birgə Əməliyyatı Nəticəsində Külli Miqdarda Narkotik Vasitə Aşkarlanıb

25-05-2026

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, mayın 23-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Əməliyyat zamanı ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə, eləcə də 2890 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031