Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Nyu-Yorka yola düşüb.
Səfər çərçivəsində sabah Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT-yə əsaslanan beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçiriləcək iclasında çıxışı, həmçinin yüksəkvəzifəli rəsmilərlə görüşləri planlaşdırılıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: