azturkxeber.az
http://azturkxeber.az

Bayram günlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək

25-05-2026

Bayram günlərində Bakı metropolitenində tətbiq olunacaq iş rejimi müəyyənləşib.

Azturkxeber.az xəbər verir ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.

Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.

Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031