Bakı–Tbilisi qatar reysi ilə səfər edəcək sərnişinlərin nəzərinə

Qatara minik zamanı biletlə yanaşı aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:
• Pasportun əsli (mygov platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir)
• Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortası
• 5 yaşadək uşaqlarla səfər zamanı uşağın adına rəsmiləşdirilmiş pulsuz bilet
• Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz və ya başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi
Səfərinizin rahat və operativ keçməsi üçün qeyd olunan sənədləri öncədən hazırlamağınız xahiş olunur.
Bu gün saat 23:10-da Bakı–Tbilisi qatarı ilk reysini həyata keçirəcək. Bütün sərnişinlərimizə uğurlu yol arzulayırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: