azturkxeber.az
http://azturkxeber.az

Bakıda və bölgələrdə qeyri-sabit hava: güclü yağış, dolu və sel təhlükəsi

25-05-2026

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 25-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, həmçinin şimşək çaxacağı ehtimal olunur.

Azturkxeber.az xəbər verir ki, Azərbaycanın rayonlarında isə mayın 26-sı axşamadək qeyri-sabit və yağıntılı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031