azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluqda dövlət qulluqçuları üçün gender bərabərliyi mövzusunda təlim keçirilib

25-05-2026

Cari il 21-22 may tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Kadrlar idarəsinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda gender bərabərliyi və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda qarışıq (əyani və distant) formatda təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, təlimdə iştirakçılara dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsinin hüquqi və institusional əsasları, dövlət orqanlarında inzibati vəzifələrin tutulmasının şərtləri və qaydaları, gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar, gender bərabərliyi və əmək hüququ, habelə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə ətraflı məlumat verilib.

Ümumilikdə təlimdə 639 nəfər dinləyici iştirak edib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031