Qazaxda karate turniri keçirilib

Azərbaycan Karate Federasiyasının Qazax-Tovuz regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə karate turniri keçirilib.
Azturkxeber.az xəbər verir ki, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının birgə təşkil etdiyi yarışın əsas məqsədi regionda karate idman növünün inkişafına dəstək vermək, gənclərin idmana marağını artırmaq və “Azərbaycanın İdman Paytaxtı – Qazax” layihəsinə töhfə vermək olub.
Turnirdə Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və Texniki Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi iştirak ediblər.
Yarış çərçivəsində müxtəlif yaş kateqoriyalarında mübarizə aparan idmançılar öz bacarıqlarını nümayiş etdiriblər. Sonda qaliblər diplom və medallarla təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: