Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib.
Azturkxeber.az xəbər verir ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirlərin iştirakçılarına şəhidlərimizin nümunəvi xidmətləri və döyüş yolları haqqında ətraflı məlumat verilib.
Anım mərasimlərində çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açıblar.
Sonda şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: