azturkxeber.az
http://azturkxeber.az

AGF Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur təşkil edib

24-05-2026

Azərbaycan Güləş Federasiyası (AGF) 23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıya media tur təşkil edib.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev media nümayəndələri ilə görüşərək güləş idman növünün tarixi, növləri və əsas qaydaları barədə ətraflı məlumat verib. O, həmçinin son illərdə beynəlxalq arenada qəbul olunmuş yeniliklər, xalların qiymətləndirilməsi sistemi və hakimliklə bağlı aktual məsələlərə aydınlıq gətirib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Güləşin təbliği və təşviqi məqsədilə keçirilən tədbirdə I kateqoriyalı hakim Əli Babayevin təşəbbüsü ilə hazırlanan “Beynəlxalq Güləş Qaydaları” kitabının təqdimatı da baş tutub. Güləşlə bağlı əsas qayda və məlumatları özündə ehtiva edən nəşrin gələcəkdə daha geniş tirajla çap edilərək müxtəlif klub və idman cəmiyyətlərində fəaliyyət göstərən məşqçilərə paylanılması nəzərdə tutulur.

Tədbir çərçivəsində media nümayəndələri arasında güləş mövzusunda maraqlı müsabiqələr təşkil olunub, qaliblər mükafatlandırılıb.

Seminardan sonra jurnalistlər Şamaxıda AGF-nin dəstəyi ilə fəaliyyət göstərən güləş zalına baş çəkərək burada yaradılmış şəraitlə tanış olublar. Media nümayəndələri məşq prosesini izləyib, məşqçilər və idmançılarla fikir mübadiləsi aparıblar.

Media turun əsas məqsədi jurnalistlərin güləş idman növü ilə bağlı biliklərinin artırılması, bu sahədə maarifləndirmənin gücləndirilməsi və güləşin ictimaiyyət arasında daha geniş təbliğinə töhfə vermək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031