azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib

22-05-2026



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir. Görüşlərdə sakinlərin müraciətləri yerində dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 22-də Beyləqan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031