azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət nazir Adil Kərimli Saatlıda vətəndaşları qəbul edib

03-04-2025

 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müraciət və təklifləri dinlənilir. 

Mədəniyyət naziri Adil Kərimli aprelin 3-də Saatlı rayon Gənclər evində vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Adil Kərimli və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Saatlı şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib. 
Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930