azturkxeber.az
http://azturkxeber.az

Kamandan oxatma üzrə Ölkə Birinciliyi başlayır

22-05-2026

​Bakıda kamandan oxatma idman növü üzrə mövsümün mühüm yerli turnirlərindən birinə start verilir. Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 31 may - 2 iyun tarixlərində Ölkə Birinciliyi keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda U15 (yeniyetmələr), U18 və U21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq. Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər. ​Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, iyunun 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031