azturkxeber.az
http://azturkxeber.az

Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək

27-08-2025

28–30 avqust 2025-ci il tarixlərində Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı baş tutacaq. Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə). Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Federasiya kamandan oxatma idman növünün daha geniş auditoriyaya tanıdılması və bu sahədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə bütün idmansevərləri yarışları izləməyə dəvət edir. Giriş sərbəstdir. Tədbirin proqramı və digər yeniliklər barədə ətraflı məlumatı federasiyanın rəsmi sosial şəbəkə hesablarından (@archery.aze) izləmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031